İtaliyada səhiyyə işçiləri tətil edirlər

İtaliyada səhiyyə sektorunda birgünlük milli tətil elan olunub. SİA xəbər verir ki, bu sahədə fəaliyyət göstərən həmkarlar ittifaqlarının qərarı ilə səhiyyə işçiləri tətil ediblər. Buna səbəb kimi hökumətin 2025-ci il dövlət büdcəsi layihəsində səhiyyə sektoruna daha az vəsait ayırması göstərilir.

Tətil müddətində təcili yardım xəstələrinə xidmətlərin göstəriləcəyinə zəmanət verilib. Ümumilikdə 15 mindən çox planlaşdırılmış cərrahi əməliyyat və 100 minədək müayinənin təxirə salındığı, ümumilikdə 1,2 milyon sağlamlıq xidmətinin risk altında olduğu bildirilib. Tətilə ölkə üzrə həkimlərin və tibb bacılarının 85 faizi qoşulub.

Bundan başqa, 500-dən çox tibb işçisi paytaxt Romada aksiya keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə