Danimarka Ukraynaya altı F-16 qırıcısı təhvil verib

Danimarka Ukraynaya altı F-16 qırıcısı təhvil verib və daha 13 təyyarə tədarük etməyi planlaşdırır.

SİA xəbər verir ki, bunu Danimarkanın Baş naziri Mette Frederiksen deyib.

“F-16 ilə bağlı planlarımız dəyişməyib”, - deyə o, Volodimir Zelenski ilə birgə mətbuat konfransında bildirib.

Danimarkanın Baş naziri Ukraynanın müdafiə sənayesinə 130 milyon avrodan çox yeni hərbi yardım paketinin ayrıldığını da açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə