Gürcüstan hökumətinə maliyyə yardımı dayandırılır...

100 milyon avro Gürcüstanda vətəndaş cəmiyyəti təşkilatlarına dəstək üçün istifadə olunacaq...

Avropa İttifaqının ali nümayəndəsi Cozep Borrel bildirib ki, rəhbərlik etdiyi təşkilat Gürcüstan hökumətinə maliyyə yardımını dayandırır.

...Və bu məqsəd üçün ayrılmış 100 milyon avronu vətəndaş cəmiyyəti təşkilatlarına dəstək üçün istifadə edə bilər.

SİA "Ukrinform"a istinadən xəbər verir ki, o, bunu Brüsseldə Avropa İttifaqı Nazirlər Şurasının iclası başlamazdan əvvəl deyib.

...Bu gün hamı konkret qərarlar qəbul etmək üçün Gürcüstandakı vəziyyəti müzakirə edəcək. Mən hökumətin dəstək proqramlarının mühüm hissəsinin dayandırılmasını təklif etdim. 100 milyon avrodan çox vəsait dondurulacaq və hakimiyyətə təhvil vermək əvəzinə, ədalətli seçkilər uğrunda mübarizədə vətəndaş cəmiyyəti təşkilatlarına dəstək vermək üçün istifadə olunacaq. Gürcüstan xalqı Avropa İttifaqından yardım almağa davam edəcək.

Bunu Borrell qeyd edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə