...İranın Rusiyanın S-400 zenit-raket sistemlərinə daha ehtiyacı yoxdur.
SİA-nın əldə etdiyi məlumata görə, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək vəzifəli rəsmisi deyib.
Bu arada “The Moscow Times” yazır ki, bir aydan az əvvəl Rusiyanın hava hücumundan müdafiə sistemləri İsrailin raket hücumunu dəf edə bilmədi,
...Və onlar ABŞ və İsrail kəşfiyyatının məlumatlarına görə,.. məhv edildi.
...Rusiyadan S-400 sistemi barədə danışan İran İslam İnqilabı Keşikçiləri Korpusunun aerokosmik qüvvələrinin əməliyyatlar üzrə müavini Davud Şeyxan, “Bizim hazırkı sistemlərimiz S-400-dən qat-qat böyük imkanlara malikdir”,-deyə bildirib.
O əlavə edib ki, İran da Rusiya istehsalı olan S-300 sistemlərindən istifadə edir, amma S-400-ə ehtiyac görmür.
...Avqustun əvvəlində “The New York Times” yazıb ki, İran rəhbərliyi İsraillə müharibədən ehtiyat edərək Moskvadan qabaqcıl hava hücumundan müdafiə sistemləri (...yəqin ki, Rusiya tərəfindən istehsal edilən ən qabaqcıl hava hücumundan müdafiə sistemi olan S-400 Triumf kompleksləri nəzərdə tutulur?-A.B.) istəyib.
Deyilənlərə görə, SEPAH üzvü olan iranlı rəsmi əslində bu təklifin Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu tərəfindən Tehrana səfəri zamanı edildiyini bildirib.
...İsrail oktyabrın 1-də İranın raket hücumuna cavab verəcəyini vəd edəndə İran mediası Rusiyanın Tehrana ən azı bir eskadrilya “Su-35” qırıcı təyyarəsi və qeyri-müəyyən sayda S-400 sistemləri verdiyi barədə təsdiqlənməmiş məlumatları dərc etməyə başladı.
Bunu Euronews qeyd edib.
Nəticədə, İranın hava hücumundan müdafiəsi İsrailin oktyabrın 26-na keçən gecə “F-35” qırıcıları da daxil olmaqla 100-ə yaxın təyyarənin həyata keçirdiyi hücuma qarşı dura bilməyib.
İsrail bu il Rusiya ordusuna verilməyə başlayan İran ballistik raketləri üçün yanacaq istehsal edən 12 obyekti sıradan çıxarıb, həmçinin ilin əvvəlindən nüvə silahı araşdırmaları aparan gizli mərkəzi də məhv edib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə