Umerov və Syrski Xarkov istiqamətinə səfər ediblər...

Bu istiqamətdə şiddətli döyüşlər davam edir

...Ukraynanın müdafiə naziri Rustem Umerov və Silahlı Qüvvələrin Ali Baş Komandanı Aleksandr Sırski ağır döyüşlərin davam etdiyi Xarkov istiqamətində cəbhəyanı rayonlarda olublar.

SİA xəbər verir ki, bu barədə çərşənbə günü, mayın 29-da Müdafiə Nazirliyinin rəhbəri Facebook-da məlumat verib.

...Umerovun sözlərinə görə, onlar qoşunların maddi-texniki təchizatı və lazımi silahların vaxtında daşınması üçün Ukrayna müdafiə sənayesi müəssisələrini dəstəkləmək üçün yeni imkanları araşdırırlar.

Həmçinin, hazırda Nazirlər Kabinetinin silah alınması üçün əlavə, demək olar ki, 370 milyard qrivnanın ayrılması barədə qərarı üzərində iş gedir.

...Bu günlərdə ağır döyüşlərin davam etdiyi Xarkov istiqamətində oldum, müdafiəçilər düşmənə fəal müqavimət göstərir, ona canlı qüvvə və texnika ilə itki verdirirlər. Biz düşmənin niyyətini başa düşürük və ona görə də vəziyyətə nəzarət edirik. Düşmənin bu istiqamətdə səylərini saxlayan briqada komandirlərinin rayondakı əməliyyat vəziyyəti ilə bağlı məruzəsini eşitdim.

Bunu deyən Umerov regionun və Ukrayna Silahlı Qüvvələrinin rəhbərliyi ilə görüş keçirib, mövcud vəziyyəti və onun yaxşılaşdırılması yollarını müzakirə ediblər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə