Təlimlərdə gerçək hərbi sursatdan istifadə edilib

Cənubi Koreya və ABŞ-ın Şimali Koreya sərhədinə yaxın bölgədə təşkil etdiyi hərbi təlimdə əsl hərbi sursatdan istifadə edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Cənub sərhədində Hərbisizləşdirilmiş Bölgədən 30 kilometr cənubda yerləşən Poçeon şəhərinin sərhədlərində real döyüş sursatı ilə keçirilən hərbi təlimdə 100 haubitsa, çoxlu sayda zirehli texnika və 800 əsgər iştirak edib.

Bildirilib ki, Cənubi Koreya ordusunun Mexanikləşdirilmiş Piyada Diviziyası ilə ABŞ-ın 2-ci Piyada Diviziyası arasında keçirilən birgə hərbi təlim fəaliyyətləri iki ölkə əsgərlərinin qarşılıqlı fəaliyyətinə və birləşmiş atəş gücünə yönəlib.

Cənubi Koreyanın hərbi rəsmiləri bildiriblər ki, təlim Şimali Koreyadan gələn davam edən təhdidlərə cavab olaraq Müttəfiqlərin böyük atəş gücünü nümayiş etdirmək üçündür.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə