AFFA-nın futbolçuların maaşları ilə bağlı məlumatı SİYAHI

Fevralın 3 və 13-də keçirilən AFFA-nın Klublar Komitəsinin iclaslarında yeniyetmə və gənc futbolçuların məvaciblərinə limit tətbiq olunması müzakirə edilib. SİA-nın xəbərinə görə, AFFA beynəlxalq təcrübəni araşdıraraq təqdimat hazırlayıb.

Təqdimatda dünyanın müxtəlif ölkələrində və ayrı-ayrı idman növlərində oyunçuların məvaciblərinə, həmçinin ümumilikdə klubların maaş büdcəsinə limit tətbiq olunması ilə bağlı faktlar, eyni zamanda 2013/14 və 2014/15 mövsümlərində Azərbaycanda U-23 oyunçuların transfer məlumatları öz əksini tapıb.

Qeyd edək ki, məsələ AFFA-nın İcraiyyə Komitəsinin martın 6-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...