Bu gün UEFA Çempionlar Liqasında ikinci təsnifat mərhələsinin oyunlarına start verilib. SİA xəbər verir ki, yarışda ölkəmizi təmsil edən “Sabah” öz meydanında Finlandiya çempionu "KuPS"u qəbul edib və Velko Simiçin 45-ci dəqiqədəki qolu ilə 1:0 hesablı qələbə qazanıb. Tərəflər arasında cavab oyunu iyulun 28-də Finlandiyada keçiriləcək.
Qeyd edək ki, bu cütdə mərhələ adlayacaq tərəf Çempionlar Liqasının III təsnifat mərhələsində "Orhus" (Danimarka) - "Lex" (Polşa) cütünün qalibi ilə qarşılaşacaq.
Uduzan tərəf isə UEFA Avropa Liqasının III təsnifat mərhələsində "Levski" (Sofiya, Bolqarıstan) - "Universitatya" (Krayova, Rumıniya) duelinin məğlubu ilə üz-üzə gələcək.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB