"Oyuna qədər şanslar hər zaman bərabərdir" - "Dinamo"dan "Neftçi"yə MESAJ
UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində sabah "Neftçi" ilə qarşılaşacaq Minsk "Dinamo"sunun baş məşqçisi Aleksandr Şaqoyko oyun öncəsi mətbuat konfransında mühüm fikirlər səsləndirib.
Belaruslu mütəxəssis "Neftçi"ni rəqib kimi belə dəyərləndirib: "Neftçi" dediyim kimi, yaxşı komandadır. Güclü heyətə malikdir. Üstəlik, baş məşqçiləri də təcrübəlidir. Kombinasiyalı futbol sərgiləyirlər. Bir sözlə, "Neftçi" haqda təəssüratlarım yüksəkdir.
Başa düşürük ki, güclü rəqibə qarşı oynayacağıq. "Neftçi" həqiqətən yaxşı, güclü komandadır. Oyunun əhəmiyyətini də yaxşı dərk edirik. Matça ciddi yanaşırıq, görüşə də yaxşı hazırlaşmışıq. Cütün taleyi 2 oyunda həll olunacaq. Məqsədimiz növbəti mərhələyə adlamaqdır. Bu cür oyunları çox keçirmirik. "Neftçi"nin səviyyəsi yüksəkdir".
"Faiz nisbəti ilə götürsək, şansları necə dəyərləndirirsiz?" sualını "Dinamo"nun baş məşqçisi belə cavablandırıb: "Oyuna qədər şanslar hər zaman bərabərdir. Bu dəfə də belə olacaq. Təbii ki, bizim məqsədimiz var və onun üçün çalışacağıq".
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB