Bolqarıstan klubu “Qarabağ”la oyuna azarkeşsiz gələcək

Bolqarıstan klubu “Qarabağ”la oyuna azarkeşsiz gələcək

UEFA Avropa Liqasının II təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan Bolqarıstanın MOİK (Sofiya) komandası Bakıda keçiriləcək ilk oyunda azarkeş dəstəyindən məhrum olacaq.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Ağdam təmsilçisindən sorğusuna cavab olaraq bildirilib ki, Sofiya klubu Bakıya azarkeşsiz gələcək. Buna Avropa Liqasının I təsnifat mərhələsinin “Derri Siti” ilə cavab görüşündə bolqarıstanlı fanatların intizamsız davranışı səbəb olub.

Nəticədə UEFA Sofiya təmsilçisinin azarkeşlərinin növbəti səfər oyununda iştirakına qadağa qoyub.

Xatırladaq ki, “Qarabağ”la MOİK arasında ilk oyun iyulun 23-də Bakıda, cavab qarşılaşması isə iyulun 30-da Sofiyada keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə