"Karvan-Yevlax" Orxan Sadıqlını heyətinə qatıb

"Karvan-Yevlax" Orxan Sadıqlını heyətinə qatıb

"Karvan-Yevlax" klubu yeni futbolçu transferini açıqlayıb.

SİA xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb.

33 yaşlı qapıçı Orxan Sadıqlı ilə 1 mövsümlük müqavilə imzalanıb.

Xatırladaq ki, son olaraq "Mingəçevir"də çıxış edən oyunçu karyerası ərzində "Xəzər Lənkəran", "Kəpəz", "Sumqayıt" "Zirə" və "Şəmkir" klublarının qapısını qoruyub.

Bütün xəbərlər Facebook səhifəmizdə