UEFA reytinqində ilk 11-likdə qərarlaşan klublar arasında öz qapısında ən çox qol epizoduna şərait yaradan komanda “Barselona”dır. "Sport.es" nəşrinin yazdığına görə, kataloniyalılar cari mövsümdə bütün turnirlər daxil olmaqla çıxdıqları 38 matçda rəqiblərin 95 qol vəziyyəti yaratmasına şərait yaradıblar. Beləliklə, Kataloniya klubunun rəqibləri hər oyunda orta hesabla 2,5 təhlükəli epizod yaradıblar. Bu, Avropanın nəhəngləri arasında qeydə alınan ən zəif göstəricidir.
Reytinqin ikinci pilləsində Londonun "Çelsi" klubu yer alıb. "Zadəganlar"ın qapısı qarşısında 92 qol vəziyyəti (hər oyuna orta hesabla 2,24 epizod) yaradılıb.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB