"2025-ci il Azərbaycan idman həyatı, xüsusilə də şahmat sahəsi üçün zəngin, dinamik və yüksək nəticələrlə yadda qalan bir dövr olmuşdur. İl ərzində əldə olunan uğurlar idmanın sistemli inkişafının və həyata keçirilən məqsədyönlü strategiyaların real nəticələrini aydın şəkildə nümayiş etdirmişdir". SİA xəbər verir ki, bu sözləri Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Fedarasiyasının vitse-prezidenti Mahir Məmmədov AŞF-nin 2025-ci il üzrə yekunlarına həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.
O qeyd edib ki, İlin mühüm hadisələrindən biri Azərbaycan çempionatı ilə başlanmış, bu yarış şahmatçılara dəstək proqramı çərçivəsində xüsusi əhəmiyyət kəsb etmişdir. Yüksək rəqabət şəraitində keçən çempionat həm idmançılar, həm də ictimaiyyət tərəfindən böyük maraqla qarşılanmış, geniş ictimai rezonans doğurmuşdur.
2025-ci ildə şahmat sahəsində yenilik xarakterli layihələr də həyata keçirilmişdir. Belə ki, ilk dəfə olaraq “Azərbaycan Chess Tour” təşkil olunmuş, ümumilikdə 8 turniri əhatə edən bu silsilədə 200-dən artıq idmançı iştirak etmişdir. Bu təşəbbüs həm peşəkar, həm də perspektivli şahmatçıların yarış təcrübəsinin artırılmasına mühüm töhfə vermişdir.
Gənc və yeniyetmə şahmatçıların beynəlxalq arenadakı uğurları da xüsusi qeyd olunmalıdır. Monteneqroda keçirilən beynəlxalq şahmat yarışlarında iştirak edən Azərbaycan yeniyetmələri medal qazanaraq ölkəmizi layiqincə təmsil etmişlər.
2025-ci il eyni zamanda şahmat ictimaiyyətində “Faiq Həsənov ili” kimi dəyərləndirilir. Faiq Həsənovun uzun illər ərzində göstərdiyi fasiləsiz hakimlik fəaliyyəti Ginnesin Rekordlar Kitabına düşməklə Azərbaycan şahmat tarixində əlamətdar hadisə olmuşdur.
2025-ci il Azərbaycan şahmatı üçün zəngin idman hadisələri, beynəlxalq uğurlar və institusional inkişaf baxımından məhsuldar il olmuşdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB