Azərbaycanın şahmat idman növündə ənənələri var.
SİA-nın məlumatına görə, bunu gənclər və idman naziri Fəriq Qayıbov Azərbaycan Şahmat Federasiyasının 2025-ci ilin yekunlarına həsr olunan tədbirində deyib.
O, şahmatçıların il ərzində böyük uğurlara imza atdıqlarını söyləyib:
"Dövlətin şahmata və idmana dəstəyi böyükdür. Bu qədər gözəl nəticələrə şahidlik edirik. Mahir Məmmədov geniş hesabat verdi. Hər şey buradan başlayır. İlk növbədə qurumun rəhbərinə təşəkkür edirəm. Bu idman növündə ənənələrimiz var. Onu qoruyub saxlamaq önəmlidir. Asan iş deyil. Qadınların dünya çempionatında gümüş medal qazanması böyük nailiyyətdir. Oğlanların Avropa çempionatında gümüş medal qazanmasını şahmatsevərlər qəbul edə bilmirdilər. Qızıl mükafat gözləyirdilər. Bu da idman növünün nə qədər inkişaf etməsindən xəbər verir. Düşünürəm ki, növbəti illərdə Şahmat olimpiadasında da medallar qazanacağıq".
Bütün xəbərlər Facebook səhifəmizdə


.jpg)

USD
EUR
GBP
RUB