Azərbaycanın iki güləş hakimi birinci kateqoriyaya yüksəlib

Azərbaycanın iki güləş hakimi birinci kateqoriyaya yüksəlib. Bu barədə SİA-ya Azərbaycan Güləş Federasiyasından məlumat verilib.

Eldar Bayramov bu il İspaniya Qran-prisində (4-6 iyul), Əli Babayev isə "Poland Open" turnirində (30 iyul- 3 avqust) ədaləti qorumaqla yanaşı, Dünya Güləş Birliyi (UWW) tərəfindən təşkil edilən imtahanları uğurla başa vurublar.

Bunadək II kateqoriyada xalça üzərində fit səsləndirən referilər növbəti ildən I dərəcəli hakim statusunda qarşılaşmaları idarə edəcəklər.

Bu yüksəliş onların növbəti ildən etibarən U-17, U-20, U-23 yaş qrupları üzrə Avropa və dünya çempionatlarında, həmçinin reytinq turnirlərində iştirak etmələrinə şərait yaradacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə