Fərid Qayıbov AQEM-in baş katibi ilə əməkdaşlıq məsələlərini müzakirə edib - FOTOLAR

Noyabrın 12-də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Gənclər Şurasının 8-ci iclası çərçivəsində gənclər və idman naziri Fərid Qayıbov AQEM-in baş katibi Kayrat Sarıbay və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə SİA-ya nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə ölkəmizdə gənclər siyasəti sahəsində görülən işlər, eləcə də Azərbaycan ilə AQEM arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə