"Barselona" La Liqanın yeni mövsümündə ilk ev oyununun keçiriləcəyi məkanı açıqlayıb. SİA xəbər verir ki, "Valensiya" ilə görüş 6000 tamaşaçı tutumuna malik Yohan Kroyf stadionunda baş tutacaq. Biletlər bu və növbəti oyunlar üçün son iki mövsümdə abunəçi olmuş azarkeşlər arasında paylanacaq. "Barselona"nın əsas stadionu olan "Kamp Nou"da hazırda yenidənqurma işləri davam edir. Klub bu mövsümdən sözügedən arenada oynamağı planlaşdırsa da, işlərin yubanması planları dəyişib.
Bütün xəbərlər Facebook səhifəmizdə