“Fəxrolunası və qürurverici anlar yaşayırıq” - Fərid Mansurov

“Fəxrolunası və qürurverici anlar yaşayırıq”. SİA xəbər verir ki, bunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti Fərid Mansurov Suqovuşanda keçirilən “Prezidenti kuboku 2025” beynəlxalq reqatanın rəsmi açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında bildirib.

Qurum rəsmisinin sözlərinə görə, Suqovuşan bizim Azərbaycan ərazisi olaraq uzun illər işğal altında qalmışdır: “Cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində torpaqlarımız işğaldan azad olundu. Artıq biz tarixi torpaqlarımızda idman yarışları keçiririk. Bunun nümunəsi olaraq bu gün Ümummilli lider Heydər Əliyevin 102-ci il dönümü münasibətilə kanoe və avarçəkmə üzrə “Prezident kuboku 2025” beynəlxalq reqatası təşkil olunub. Bu yarışın keçirilməsi həm Azərbaycan idmanına bir töhfədir, həm də kanoe və avarçəkmə idmanın tanınmasına, eyni zamanda inkişafına böyük təsir göstərir. Bütün bunlar gənclərin idmana olan marağına səbəb olur. Belə bir yarışın Suqovuşanda keçirilməsi böyük bir qürurdur”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə