“Bizə hər dəfə millimizdən bu cür oyunlarda qələbə gözləyirik”. Bunu SİA-ya açıqlamasında AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib.
O millinin uğursuz nəticələrindən danışıb.
Sadıqov bildirib ki, milli istəyinə nail ola bilməyib: “Bu da ondan irəli gəlir ki, Fernandu Santuş hələ də axtarışdadır. Yəni uğursuz çıxış onu vadar edib ki, islahatlara əl atsın, komandanı cavanlaşdırsın. İstər-istəməz bu çox ağır bir prosesdir. Birdən-birə hansısa bir nəticəni gözləmək çətin olur ancaq buna baxmayaraq bizim ümidimiz həmişə böyükdür və inanırıq ki gələcəkdə millimiz belaruslarnan olan oyundan sonra nəticə çıxarıb gələcəkdə bizi sevindirməyə çalışacağıq. Heyif ki bu oyunlarda bəzi problemlər var idi, biz bunu görə bilmədik. Səbəblərin biridə ondan irəli gəlir ki, yeni futbolçular cəlb olunur. Bu prosesdə zamana ehtiyac var. Ən vacib odur ki, inamımız bitməsin. İnanaq ki son iki yoxlama oyunlarda biz tam fərqli millimizi görəcəyik və nə dərəcədə ağır seçmə mərhələyə hazır olduğuna şahid olacayıq”.
Bütün xəbərlər Facebook səhifəmizdə