Qadın voleybolçular arasında Yüksək Liqada XIV turun növbəti oyunları keçirilib.
SİA xəbər verir ki, ilk olaraq meydana “Abşeron” və “Azərreyl" komandaları çıxıb. Görüş birincilərin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Turun son qarşılaşması isə “Milli Aviasiya Akademiyası” və “Murov Az Terminal” klubları arasında olub. Bu matç nominal meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə nəticələnib.
XIV turun ilk qarşılaşması martın 1-də “Gəncə” və UNEC komandaları arasında reallaşıb. Bu oyunda “Gəncə” rəqibini 3:0 hesabı ilə üstələyib.
Qeyd edək ki, turnir cədvəlinə 34 xalla “Abşeron” başçılıq edir. “Milli Aviasiya Akademiyası” 33 xalla 2-ci, “Gəncə” isə 22 xalla 3-cü pillədə qərarlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə