"Ümid edirəm ki, şahmatçılarımız bizi sevindirəcək" - Azərbaycanlı qrosmeyster DANIŞDI

"Dünya çempionatı yeni başlayıb". Bunu SİA-ya şahmatçı, qrosmeyster Nicat Məmmədov deyib.

O, Macarıstanın Petrovaç şəhərində keçirilən gənc şahmatçılar arasında keçirlən dünya çempionatını şərh edib.

Məmmədov bildirib ki, dünya çempionat bütün ölkələrdə seçilən və güclü idmançıların iştirak etdiyi bir yarışdır: "Avropa çempionatından fərqli olaraq bütün Asiya ölkələri, Çin, Hindistan xüsusilə də aparıcı şahmatçılarında qatıldığı nisbətən ən güclü turnirlərdən biridir. Hazırda da davam edir. Bizim şahmatçılarımızda burada öz güclərini sınayırlar. Uzun formatlı bir yarışdır. 11 turdan ibarətdir. Ümid edirəm ki, bizim uşaqlarımız yaxşı mübarizə aparsalar sonda sevindirici nəticələr əldə edə bilərlər".

Onun sözlərinə görə, Azərbaycan Şahmat Federasiyası bu ildən kiçik yaş qruplar 7-16 yaş uşaqların hazırlığı ilə məşğul olmağı düşünür: "Əlbəttə dünya və Avropa çempionatları eyni zamanda orada əldə edəcəyimiz nəticələr prioritet məsələdir. Amma istənilən halda dünya çempionatında və ya digər yarışlarda uğur qazanmaq üçün çox stabil eyni zamanda da düzgün şəkildə formalaşdırılmış, oyunçunun xarakterləri nəzərə alınmış xüsusi hazırlıq planı lazımdır. Bu əgər düzgün formada yerinə yetirilirsə bir-iki il sonra yarışlarda həmin şahmatçılardan uğurlu nəticə gözləmək mümkündür".

Qeyd edək ki, dünya çempionatında 61 ölkədən 263 şahmatçının iştirak edir.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə