Futbol matçı inanılmaz səbəbdən təxirə salındı

Almaniyanın Kreisliqa C çempionatında “FC Taxi Dyusburq 2” – “Rot-Weyss Mülheym” matçı inanılmaz hadisə səbəbindən baş tutmayıb. SİA xəbər verir ki, hakim standart sənəd yoxlaması apararkən bir uşaq onun yanına qaçaraq qəfildən onun sol xayasını dişləyib. Bu barədə WAZ məlumat yayıb. Hakim məruzəsində bunun gözlənilmədən baş verdiyini və onun üçün tam sürpriz olduğunu qeyd edib. “O, mənə yaxınlaşdı və qəfil və tamamilə gözlənilmədən sol xayamı dişlədi”, – deyə referi açıqlamasında bildirib. Ağrı və sarsıntı səbəbindən hakim oyunu davam etdirməkdən imtina etdiyi üçün matç start fitindən əvvəl ləğv edilib. Liqa rəsmiləri səhhəti ilə bağlı məlumat almaq üçün çərşənbə axşamı onunla telefonla əlaqə saxlaya bilməyiblər. Mövcud məlumata görə, uşaq “FC Taxi” oyunçularından birinin qohumu olub. Bu hadisə tez bir zamanda ictimaiyyətə məlum olub və klub texniki məğlubiyyət almaq riski ilə üzləşib.

Bütün xəbərlər Facebook səhifəmizdə