Azərbaycan millisi Dünya Kubokunun qrup oyunlarının hazırlığına başlayıb
Azərbaycanın kişi basketbolçulardan ibarət millisi 2027-ci ildə Qətərdə təkil olunacaq Dünya Kubokunun ilkin təsnifat mərhələsində keçirəcəyi son qrup oyunlarının hazırlığına başlayıb. SİA xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.
Millinin baş məşqçisi Tahir Baxşıyev Bakıda baş tutacaq təlim-məşq toplanışına 18 basketbolçu dəvət edib: Amil Həmzəyev, Kamran Məmmədov (hər ikisi "Neftçi"), Endar Poladxanlı, Şirzad Şirzadov (hər ikisi "Sabah"), Elşad Şirzadov, Cəbrayıl Əkbərov (hər ikisi "Gəncə"), Əkbər Məmmədov (NTD), Ulaş Turqut (Sərhədçi), Saadettin Donat (Sumqayıt), Ercan Donat (Şəki), Səid İsmayılov (Ordu), Məhəmməd Hüseynli, İsmayıl Abdullayev (hər ikisi "Abşeron"), Nəzər Quliyev (Naxçıvan), Orxan Aydın (İlab Basketbol), Derin Berköz (Türk Telekom), Hüseyn Qaflanov (DME Academy), Donta Hol (Baskoniya).
Qeyd edək ki, Tahir Baxşıyev adları çəkilən basketbolçular arasından Kosovo və İrlandiya ilə oyunlar üçün 12 nəfərlik heyət müəyyənləşdirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə