"Barselona" "Alaves"i minimal hesabla məğlub edib

İspaniya La Liqasının 2024/2025-ci il mövsümünün 22-ci turunun Kataloniya "Barselona"sı ilə "Alaves"in qarşılaşdığı matç başa çatıb. Komandalar Barselonadakı Olympic Lluís Companies stadionunda çıxış ediblər. Matçı Xose Munuera Monteronun (İspaniya) rəhbərlik etdiyi hakimlər briqadası idarə edib. "Barselona" "Alaves"i 1:0 hesabı ilə məğlub edib. SİA-nın məlumatına görə, qarşılaşmada yeganə qolu 61-ci dəqiqədə "Barselona"nın hücumçusu Robert Levandovski, yarımmüdafiəçi Lamin Yamalın ötürməsindən sonra vurub - 1:0.

Keçirilən 22 oyundan sonra "Barselona" 45 xalla La Liqa turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. "Alaves" də eyni sayda oyundan sonra 21 xalla 18-ci yerdədir.

İspaniya çempionatının 2024/2025 turnir cədvəlinə 49 xalla "Real Madrid" başçılıq edir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə