"Barselona" Arauxonun müqaviləsinin uzadılmasını “verilmiş hal” sayır

...Son saatlarda "Barselona"nın idman direktoru Deko ilə "Blauqrana"nın mərkəz müdafiəçisi Ronald Arauxonun agentləri arasında görüş keçirilib və bu görüşdə tərəflər uruqvaylı futbolçu üçün klubla yeni uzunmüddətli müqavilənin razılaşdırılmasında mühüm irəliləyiş əldə ediblər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Sport.es xəbər verir.

Müdafiəçinin hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Mənbənin məlumatına görə, Kataloniya klubu Arauxonun müqaviləsinin uzadılmasını “verilmiş hal” sayır.

"Barselona" 25 yaşlı müdafiəçinin uzun illər "blaugrana"da qalacağını gözləyir.

Bu sövdələşmənin gələn həftə rəsmi şəkildə tamamlana biləcəyi vurğulanır.

Arauxo bu mövsüm bütün turnirlərdə iki oyun keçirib və məhsuldar ötürmə edib.

Transfermarkt internet portalının məlumatına görə, futbolçunun təxmini dəyəri 55 milyon avrodur.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə