“Barselona”ya Olmo və Viktorun qeydiyyatına icazə verilməyəcək

Son bir neçə saat ərzində La Liqa və İspaniya Kral Futbol Federasiyası (RFEF) bir neçə jurnalistə bildirib ki, İspaniya liqasının qalan mövsümündə “Barselona”nın yarımmüdafiəçi Daniel Olmonu və hücumçu Pau Viktoru qeydiyyatdan keçirməsinə qətiliklə icazə verməyəcəklər.

SİA xəbər verir ki, bu barədə X sosial şəbəkəsində (keçmiş Twitter) jurnalist Toni Xuanmarti məlumat verib.

Mənbənin sözlərinə görə, Kataloniya klubu La Liqa və RFEF-in bu qərarına etiraz etmək istəsə, sırf məhkəmə yollarından istifadə etməli olacaq.

Yanvarın 1-də La Liqa Olmo və Viktoru mövsüm üçün açıqlanan "Barselona"nın oyunçuları siyahısından çıxarıb.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə