İspaniya çempionatının 17-ci turunun "Atletiko Madrid" və "Xetafe" komandalarının qarşılaşması başa çatıb. Komandalar Madriddəki (İspaniya) "Civitas Metropolitano" stadionunda çıxış ediblər. Matçı Sezar Soto Qradonun (İspaniya) rəhbərlik etdiyi hakimlər briqadası idarə edib.
SİA-nın əldə etdiyi məlumata görə, “Atletiko Madrid” 1:0 hesabı ilə qalib gəlib.
İlk hissədə komandalar qol vura bilməyiblər və fasiləyə bərabərliklə yollanıblar. 69-cu dəqiqədə "Atletiko Madrid"in hücumçusu Aleksandr Sorlot matçda yeganə qolun müəllifi olub.
“Atletiko Madrid” 17 oyundan 38 xal toplayıb və La Liqa turnir cədvəlində ikinci yerdədir.
“Xetafe” 17 oyundan 16 xalla 15-ci yerdədir.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə