AFFA İntizam Komitəsi müxtəlif liqalarda hakimləri təhqir edən futbolçu və məşqçilərin cəzalarını açıqlayıb. SİA-nın məlumatına görə, Əvəzedicilər Liqasında çıxış edən "Zirə-2"nin üzvü Ramin Abdullayev "Kəpəz-2" ilə matçda ədalət təmsilçilərini təhqir etdiyi üçün 4 oyunluq cəza alıb, Bakı klubu 300 manat cərimələnib.
U-14 Liqasında "Metak"ın baş məşqçisi Zahid Tayıbov "Caspian"la görüşdə eyni hərəkətə yol verdiyindən 5 matçlıq cəzalanıb.
U-13 Liqasında "Zaqatala"nın baş məşqçisi Nəsib Əliyev "Kürmük"lə qarşılaşmada referiləri təhqir edib. Ona 5 oyunluq cəza verilib.
Eyni çempionatda "Şirvanovka"nın baş məşqçisi Habil Nurəhmədov UGİM (Siyəzən) komandası ilə dueldə, AFFA U-10 Liqasında "Ahmedoğlu"nun məşqçisi Bəxtiyar Salmanov isə "Muğan"la görüşdə hakimləri təhqir edib. Onların hər ikisinə 5 oyunluq cəza verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə