Cənubi Koreya gimnastları təlim-məşq toplanışı üçün Bakıya gəliblər - FOTOLAR

Cənubi Koreyanın bədii gimnastika üzrə “Kim Joo Young” klubu təlim-məşq toplanışı üçün Bakıya gəlib. SİA xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.

İdmançıların hazırlıq prosesi Milli Gimnastika Arenasında gerçəkləşir.

Klub üzvləri dekabrın 19-dək burada məşqlər keçəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə