AZƏRTAC-ın rəhbəri Aslan Aslanova ağır itki üz verib

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyətinin sədri Aslan Aslanova ağır itki üz verib. SİA xəbər verir ki, Aslan Aslanovun anası Zinyət Aslanova dünyasını dəyişib.

Səs Media Qrupun rəhbəri Bəhruz Quliyev öz adından və baş direktoru olduğu qurumun əməkdaşları adından mərhumənin yaxınlarına Tanrıdan səbr diləyir və dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

Bütün xəbərlər Facebook səhifəmizdə