Gənc Könüllülər şəhid Mirmöhsüm Əhmədovun doğum günündə onun məzarını ziyarət edib - FOTOLAR

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Neftçala nümayəndəliyinin əməkdaşı, üzvləri və Gənc Könüllüləri Vətən müharibəsində şəhidlik zirvəsinə yüksəlmiş Mirmöhsüm Əhmədovun doğum günündə onun məzarını ziyarət edib, ailəsi ilə görüşüblər.

SİA xəbər verir ki, Şəhidimiz Qubadlı uğrunda gedən qızğın döyüşlərdə qəhrəmanlıq və şücaət göstərərək bir çox erməni əsgərlərini məhv edib və şəhidlik zirvəsinə yüksəli. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamına əsasən "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalı və "Xocavəndin azad olunmasına görə" medalı, "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub.

Görüş zamanı şəhidimizin ailəsi onun uşaqlıq illərindən, hərbi xidmətdə olduğu dövrlərdən və keçdiyi şərəfli döyüş yolundan söz açıb.

Azərbaycanın qəhrəman şəhidləri, bu günümüzü sizlərə borcluyuq!

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə