Ombudsmanın erməni təcavüzü ilə bağlı dünya ictimaiyyətinə VİDEOMÜRACİƏTİ

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə şəhərini atəşə tutması nəticəsində qədim tarixə malik dini-mədəniyyət abidələrinin dağıntılara məruz qalması ilə əlaqədar dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, milli insan hüquqları təsisatlarına, həmçinin müxtəlif dini icma və konfessiyalara video-müraciət edib.

Ombudsman Aparatından SİA-ya bildirilib ki, müraciətdə təcavüzkar Ermənistanın Azərbaycanın tarixi-mədəni irs mərkəzi olan qədim Gəncə şəhərinə ballistik raket zərbələri endirməklə təkcə Azərbaycanın deyil, eyni zamanda dünya mədəni irsinə aid dini-mədəni abidələri, ziyarətgahları və ümumbəşəri dəyərləri hədəf aldığını, beynəlxalq humanitar hüququn, o cümlədən “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” UNESCO-nun 1954-cü il Haaqa Konvensiyasını, “Dünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il Konvensiyasını, Müharibə zamanı mülki şəxslərin müdafiəsi ilə bağlı 1949-cu il Cenevrə Konvensiyasını, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyasını və digər beynəlxalq hüquq normalarının kobud şəkildə pozması qeyd olunmuş, milli, mənəvi, dini terroru həyata keçirən, tarixi, dini-mədəni abidələri məhv edən, insan hüquq və azadlıqlarını kobud şəkildə pozaraq müharibə cinayətləri törədən işğalçı Ermənistan dövlətinin beynəlxalq hüquqi məsuliyyətə cəlb edilməsi istiqamətində ciddi səy göstərməyə çağırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə