Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) hər il olduğu kimi bu il də "Azərbaycan ailəsi-2011" adlı filmlər festivalına start verib. Festivalla bağlı jurnalistlərə açıqlama verən komitənin sədr müavini Aynur Sofiyeva bildirib ki, üç ay davam edəcək festivala materialların təqdimatı aprel ayının 25-də yekunlaşacaq və 12 may 2011-ci il tarixində təntənəli bağlanış mərasimi keçiriləcək. Onun sözlərinə görə, festival AQUPDK-nın, Heydər Əliyev Fondu və BMT-nin Əhali Fondu ilə birgə layihəsi çərçivəsində həyata keçirilir: "Festivalı keçirməkdə məqsədimiz gənc nəslin milli-mənəvi ruhda tərbiyəsi, onlara ailə dəyərlərinin aşılanmasıdır. Festival 4 nominasiya üzrə keçirilir. Buraya ən yaxşı film, ən yaxşı tələbə filmi, ən yaxşı televiziya proqramı və ən yaxşı xarici film daxildir. Ötən il xarici rejissorların festivala maraq göstərdiyini nəzərə alaraq buraya xarici film nominasiyasını əlavə etmişik. Düşünürəm ki, builki festivalımız da uğurla başa çatacaq".
Daha sonra festivalın münsif heyəti olan, Dövlət Film Fondunun sədri Cəmil Quliyev də festivalla bağlı öz fikirlərini bölüşüb. Ölkədə bu cür müsabiqələrin keçirilməsinin vacib olduğunu deyən fond sədrinin sözlərinə görə, bu festival ölkədə film hərəkatını daha da genişləndirir.
Müsabiqənin beynəlxalq xarakter daşıdığını dilə gətirən C. Quliyev söyləyib ki, istedadlı gənclərin bu cür yarışmalara, festivallara cəlb olunması təqdirəlayiqdir: "Ümid edirəm ki, bu festivalın ömrü uzun olacaq və öz imkanlarını genişləndirəcək. Hesab edirəm ki, bu il həm filmlərin sayı çox olacaq, həm də onların səviyyəsi yüksək olacaq. Təbii ki cəmiyyətimizdə olan ailə problemi də burada öz əksini tapacaq".
Qeyd edək ki, festivalda qalib gələn filmlər diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə