“Türkiye” qəzeti: Fransa islamofob dövlətə çevrilib

Fransa dini azlıqlara təzyiqlərin artdığı islamofob dövlətə çevrilib. SİA xəbər verir ki, bu barədə şənbə günü Türkiyənin “Türkiye” qəzeti Fransanın daxili işlər naziri Bruno Retaillonun müsəlman qadınları tənqid edən bəyanatlarına diqqət çəkərək məlumat yayıb.

Nəşr qeyd edir ki, vaxtilə “dünyəviliyin beşiyi” kimi qəbul edilən ölkə bu gün yüksəkrütbəli dövlət məmurlarının ritorikasında dini icmalara təzyiqin normaya çevrildiyi məkandır.

Qəzet yazır ki, Fransa Daxili İşlər Nazirliyinin rəhbəri yerli televiziya kanallarından birinin efirində idman yarışlarında qadınların baş geyimlərini qadağan edən qanun layihəsini müdafiə edib. O, Fransadakı islamofobiyanın miqyasını bir daha nümayiş etdirərək, "yaşasın idman, rədd olsun (dini) baş geyimləri” deyib.

Nəşr vurğulayır ki, Fransa hakimiyyəti “dünyəvilik” termininin mənasını təhrif edir, islamofobiyanı institusional rəddetmə səviyyəsinə qaldırır.

“Fransada yüksək təhsilli, peşəkar bacarıqlara malik müsəlman qadınlar iş yerində ayrı-seçkiliklə üzləşir. Bu kateqoriyadan olan fransız qadınlarının dövlət sektoruna çıxışı qadağan edilir, özəl sektorda isə onlar kənarda qalırlar. Bu səbəbdən də onlar tez-tez ölkəni tərk etməyə məcbur olurlar", -deyə vur\ulayan qəzet yazır ki, Fransada İslam dininə 7 milyona yaxın insan etiqad edir ki, bu da əhalinin 10 faizinə bərabərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə