“Yeniyetməlik dönəmində emosional və sosial dəstək vacibdir“ - AYDINLIQ GƏTİRİLDİ
“Günümüzdə haqqında çox danışılan məsələlərdən biri də psixoloji problemi olan uşaqların valideynlərinin bu halı necə anlaması, zamanında mütəxəssisə müraciət etməsidir. Həmçinin digər sual ünvanlanan məsələlərdən biri də “Valideynlərin psixoloji problemləri uşağa keçə bilərmi?” sualıdır. Öncəliklə qeyd etmək lazımdır ki, hər hansı psixoloji problemlə müraciət edən insanın problemini araşdırdıqda onun əsas səbələrindən birinin uşaqlıq illərində yaşadığı hadisə və proseslər dayandığını görürük. Təbii ki, burada genetik faktorlar istisna haldır. Çünki, bəzən psixoloji problemlər də genetik olaraq görülə bilir. Digər halda isə bilavasitə valideynlərin, xüsusilə anaların üzərinə iş düşür”. Bu sözləri SİA-ya açıqlamasında Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman-Klinik psixoloq Narınc Rüstəmova deyib.
Psixoloq bildirib ki, uşaqlıq dönəmindən müəyyən vaxta qədər uşaq ana ilə birbaşa kontakta olduğu üçün anaların rolu vacibdir. Ümumiyyətlə, isə valideynlərin maariflənməsi hər zaman vacib məsələdir. Psixologiyada, xüsusən valideyn-övlad münasibətlərində, uşaqların tərbiyəsində ümumi qəbul edilmiş bir neçə qaydalar vardır. İlk öncə onu bildirmək lazımdır ki, övladına nümunə elə valideynlərin özləridir. Uşaqlar nəyisə sözlərlərlə deyil, görərək öyrənirlər. Sözlərlərlə nələrisə öyrənmək, onlarda ümumi 3%-i təşkil edirsə, bu davranışlarda 58% göstəriciyə qədər yüksələ bilir. Ona görə də uşağa nəyisə öyrədəndə və ya izah edəndə ilk öncə valideyn onun özündə olub-olmamasına diqqət etməlidir. Digər məsələ ondan ibarətdir ki, valideynlər övladlarını hər hansı hərəkətinin və ya verilən tapşırığın yerinə yetirilməsindən aslı olaraq mükafat verməkdən, şərt qoymaqdan çəkinməlidirlər. Bunlar doğru yanaşma üsulu deyil. Zamanla artıq övlad özü də valideynlərə şərtlər qoymağa başlayacaqdır.
Xüsusilə yeniyetməlik dönəmində emosional və sosial dəstək vacibdir. Emosiaonal dəstək dedikdə uşaq və valideyn arasında düzgün bağ qurmaqdan söhbət gedir. Güvənli bağlanma düzgün qurulduqda uşağın hər hansı sosoial mühitə, məsələn: bağçaya, məktəbə də adaptasiyası normal şəkildə olur. Burada psixoprofilaktik tədbirlərin görülməsi, xüsusilə məktəbdə müəllim-şadird-valideyn üçbucağının yaradılması vacibdir.Çox təəssüf ki, uşaq ibtidai sinifdə oxuyarkən məktəbdə keçirilən valideyn iclasında daha çox valideyn iştirak edirsə bu zaman keçdikcə valideynlərin sayının azalması ilə müşahidə olunur. Yəni, artıq övladları böyüdükcə, daha yuxarı siniflərə keçdikcə valideynlərin iclaslarda azalmağa başlayır. Ancaq bildirmək lazımdır ki, yeniyetməlik dönəmi şagirdin həyatının ən vacib və xüsusi diqqət edilməsi gərəkən məqamlarından biri olduğu üçün valideynlər məktəb rəhbərliyi, müəllimlərlə daha çox əlaqədə olmalı və valideyn iclasında iştirak etməlidirlər.Valideynlər kiçik bir siqnal gördükdə övladı ilə danışmalı və ortaq məxrəcə gəlməyi, güzəştə getməyi bacarmalıdır. Əks halda bu proseslər davam edərsə və validen-övlad münasibəti daha da pisləşərsə qeyd etdiyim kimi mütləq zamanında psixoloq dəstəyi alınmalıdır.”
Bütün xəbərlər Facebook səhifəmizdə