"3+3” formatında olan görüş bütün region ölkələri üçün faydalı olacaq - MÜNASİBƏT BİLDİRİLDİ

“Azərbaycan Prezidenti İlham Əliyev İran xarici işlər nazirini qəbul edən zaman bildirdi ki, “3+3” formatında keçiriləcək olan görüş öz effeknini verəcək”. Bu sözləri SİA-ya açıqlamasında deputat Tahir Kərimli bildirirb.

Onun sözlərinə görə, bu görüş bütün region ölkələri üçün faydalı olacaq: "Eyni zamanda cənab Prezident xüsusi qeyd etdi ki, İran tərəfi Zənzəgur dəhlizi ilə maraqlanıb, Zəngilan, Füzuli bölgələrində olmuş və bir sıra məsələləri öz gözü ilə görüb. Əslində bu layihəyə bir qədər soyuq yanaşan ölkələrdən biri İran idi, digəri isə Gürcüstan idi. İran artıq bu layihəyə müsbət baxır. İran altılığın görüşünü müsbət hesab edir.

Düşünürəm ki, bu görüş ölkəmiz üçün də faydalıdır. Bu görüşün Ermənistan üçün əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan vasitəsilə birbaşa Rusiyaya çıxış edə biləcək. Yəni Azərbaycan daxilindən keçən nəqliyyat vasitəsilə Rusiya ilə əlaqə qurulması deməkdir. Əlbəttə ki, Rusiyanın özü üçün də bu görüş əhəmiyyətlidir. Zəngəzur dəhlizi vasitəsilə Türkiyəyə keçərək Ağdənizə, Aralıq dənizinə çıxış imkanları əldə ediləcək. Azərbaycan üçün isə Naxçıvanla kommunikasiya əlaqələrinin bərpası deməkdir. Bu həm dəmir yolu, həm də avtomobil yolu vasitəsilə həyata keçiriləcəkdir. Gürcüstan hesab edir ki, yolların açılmasından sonra ona o qədər də ehtiyac qalmayacaq. Çünki Gürcüstan ərazisində Türkiyə bölgəsinə getmək xeyli vaxt aparır. Amma bu məsələ ilə bağlı da Gürcüstanla müəyyən danışıqlar aparılır. Elə bir orta yol tapmağa çalışırlar ki, bu vəziyyət Gürcüstana narahatçılıq yaratmasın. Eyni zamanda bu görüş Türkiyə üçün də faydalıdır. Türkiyə nəinki Azərbaycanla, bütün Xəzərətrafı ölkələrlə, Mərkəzi Asiya ölkələri ilə, Şərqi Asiya ölkələri ilə bağlantılarını gücləndirəcək. Bilirsiniz ki, Ermənistan dövləti Türkiyə və Azərbaycan arasında yaranıb ki, Türk birliyinə mane olsun. Bu layihə sayəsində Türk birliyinə maneəçilik ardan qaldırılacaq. Təbii ki, Türkiyənin də iqtisadi faydaları çox olacaq. Ümumiyyətlə bu görüş çox vacibdir. Bütün bunlar regiondakı ölkələrin inkişafına stimul verir. Hər kəsə faydalı bir proyektdir. Bir çox məsələlərin rahatlıqla həll olunmasına yerdım edəcəkdir”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə