Gürcüstanın müdafiə naziri Azərbaycanda NƏYİ MÜZAKİRƏ EDƏCƏK? - ŞƏRH EDİLDİ

“Azərbaycan və Gürcüstan arasında hərbi sahədə əməkdaşlıq hələ keçən əsrin 19-cu illərində iki ölkə arasında imzalanan birgə hərbi müdafiə sazişi ilə başlayıb. Hazırda iki ölkə arasında hərbi sahədə əməkdaşlıq kifayət qədər müsbət dinamika nümayiş etdirir”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Onun sözlərinə görə, dekabr ayının ilk günlərində Azərbaycan və Gürcüstan arasında hərbi əməkdaşlıq sahəsində memorandum imzalanmışdı: “Memorandumu da məhz Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladzeni ilə Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənov imzalamışdılar”.

Ədalət Verdiyev sözlərinə belə davam edib: “Həm Azərbaycan-Gürcüstan, həm də Azərbaycan-Türkiyə-Gürcüstan münasibətləri hərbi sahədə bir çox mühüm tədbirlərin həyata keçirilməsi ilə yadda qalır”.

“Hesab edirəm ki, iki ölkə arasındakı münasibətlər həm yeni formalaşan reallıqlar fonunda, həm də Türkiyə-Azərbaycan-Gürcüstan arasında birgə əməkdaşlığın, o cümlədən genişmiqyaslı birgə tədbirlərin planlaşdırılmasını və həyata keçirilməsini nəzərdə tutur”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə