Gürcüstanın Baş naziri Azərbaycana səfərə gəlib

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili sentyabrın 29-da Azərbaycan Respublikasına səfərə gəlib.

SİA xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini hava limanında Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşıladılar.

Bütün xəbərlər Facebook səhifəmizdə