Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində Türkiyənin Zəfər bayramı və Türk Silahlı Qüvvələri Günü qeyd olunub. SİA türk mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumat Türkiyənin Milli Müdafiə Nazirliyinin rəsmi tvitter səhifəsində paylaşım edilib. 30 avqust Zəfər Günü və Türk Silahlı Qüvvələri Günü Azərbaycandakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində həyata keçirildiyini bildirdi. Müdafiə Nazirliyi eyni zamanda, Zəfər gününün qeyd edilməsi ilə bağlı şəkilləri də paylaşıb.
Qeyd edək ki, 2020-ci il noyabrın 11-də Rusiya və Türkiyə müdafiə nazirləri Azərbaycanda Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi yaratmaq üçün anlaşma memorandumu imzalayıblar. Mərkəzin açılışı yanvarın 30-da baş tutub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB