"Əgər bu təxribatlar davam edərsə..." - HƏRBİ EKSPERT ŞƏRH ETDİ

“Ümumiyyətlə hərbi əməliyyatlar dayandırıldıqdan sonra yəni 10 noyabr 2020-ci ildən etibarən Ermənistan tərəfindən təxribatlar olub və bu təxribatlar bu gün də səngimədən davam edir”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.

Onun sözlərinə görə, bu təxribatların qarşısını ordumuz alıb və onalra layiqincə cavab verib: “Ermənistan nəyə və kimə güvənir? Ermənlilər hər zaman digər ölkələrin xüsusən Rusiyanın və Fransanın və başqa ölkələrdən olan öz dəstəkçilərinə güvənirlər. Əslində bu təxribatların səbəbi nədir? Ermənistan rəhbərliyinin əsas məqsədi daim bu gərginliyi saxlamaq və Qarabağ münaqişəsinin bitmiş münaqişə olmadığını bəyan etməkdir. Hesab edirəm ki, burada əsas səbəblərdən biri vasitəçilik missiyasını öz üzərinə götürən Rusiyanın məsələyə konkret, kəskin münasibət göstərməməsi və baş verənlərə dolası ilə yumşaq davranmasıdır. Hesab edirəm ki, həm Rusiya, həm də Ermənistan tərəfi öz üzərinə götürülən öhdəliyi yerinə yetirməlidir. Cünki prosses belə davam edərsə yenidən münaqişənin yaranmasına və alovlanmasına səbəb ola bilər. Belə olan təqdirdə isə bütün məsuliyyət Ermənistanın üzərinə düşəcək və proseslərin də gedişatı bunu göstərir. Ermənistan Qərbi Zəngəzur və Göyçə mahalı istiqamətindən təxribatlar edir. Əgər bu təxribatlar davam edərsə, Azərbaycan tərəfi yenidən ermənilərə "Dəmir yumruğ"un gücünü göstərəcək.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...