Rusiya kimi daha çox silahlandırıb: - Azərbaycanı, yoxsa Ermənistanı?

Azərbaycan Ordusunun Qarabağda işğal edilmiş ərazilərin azad edilməsi əməliyyatları apardığı bir vaxtda hamını ordumuzun düşmən ordusu ilə hərbi arsenal cəhətdən müqaysəsi maraqlandırır. Bununla bağlı biz də dəfələrlə analiz və araşdırmalar yazmışıq. Bu gün isə bu istiqamətdə daha bir müqayisəli məqamı oprtaya qoymaq istəyirik. Belə ki, bəziləri iddia edir ki, Rusiya Ermənistana bizdən çox silah və texnika satıb, lakin faktlar bunun tam əksini göstərir.

Rusiyanın "Kommersant" qəzeti Azərbaycan və Ermənstanın Rusya ilə iqtisadi, hərbi, sosal, elmi, mədəni və sair sahələrdə əməkdaşlığını müqayisə edən araşdırma dərc edib. Yazıda son ildə Azərbaycan və Ermənistanın Rusiyadan aldığı silah və texnikanın sayını və növü də qeyd edilib.

Həmin araşdırma geniş olduğundan biz yalnız indi daha aktual olan hərbi texika və silah alışı ilə müqayisəli hissəni oxucularımıza təqdim etmək qərarına gəldik.

Azərbaycanın son 10 ildə Rusiyadan aldığı hərbi texnika

100 ədəd "Kornet" tank əleyhinə raket kompleksi,
2 divizion S-300 zenit-raket kompleksi,
200 ədəd raket (48H6),
24 ədəd Mi-35M vertolyotu,
66 ədəd Mi-8 və Mi-17 vertolyotları
18 ədəd "Msta" özüyeriyən qaubitsası
18 ədəd "Vena" özüyeriyən minamyot qurğusu
18 ədəd "Smerç" reaktiv yayım atəş sistemi
2 ədəd "Buk" zenit-raket kompleksi
200 ədəd raket (9M317, 9M38)
100 ədəd "T-90" tankı
118 ədəd BMP-3 piyadaların döyüş maşını
1000 ədəd "Kastet" idarəolunan raketi
36 ədəd "Buratino" reaktiv yaylım atəş sistemi
24 ədəd "Xrizantema" tank əleyhinə özüyeriyən qurğu
800 ədəd raket (9M123)
76 ədəd BTR-82

Ermənistanın son 10 ildə Rusiyadan aldığı texnika

2 divizion S-300 zenit raket kompleksi
194 ədəd raket (5B55U, 9M338)
10 ədəd "Tiqr" zirehli avtomobili
4 ədəd "İsgəndər" raket kompleksi
200 ədəd "İqla" zenit-raket kompleksi
6 ədəd "Smerç" reaktiv yayım atəş sistemi
200 ədəd "Verba" zenit qurğusu
100 ədəd "Kornet" tank əleyhinə raket kompleksi,
4 ədəd Su-30 qırıcı təyyarəsi
2 ədəd "Top-M1" zənet raket qurğusu

Qeyd edək ki, burada yalnız son 10 ildəki vəziyyət göstərirlib, lakin əvvəlki dövrdə də biz Rusiyadan Ermənistana nisbətən dəfələrlə çox silah-texnika əldə etmişik.

Göründüyü kimi, təkcə son 10 ildə yalnız Rusiyadan aldığımız silah və texnikanın sayı və imkanları Ermənistanın aldıqlarını xeyli üstələyir. Nəzərə alsaq ki, Azərbaycan son ildə digər ölkələrdən də xeyli hərbi texnika və qurğular alıb, o halda Qarabağ cəbhəsində orduların texniki bazasının müqayisə edilməz dərəcədə fərqli olduğunu görərik. Belə ki, bizim son 10 ildə Rusiyadan adığımız hərbi texnika ümumi alınanın 63 faizini təşkil edir, Ermənistanın isə demək olar ki, bütün aldığı texnika budur (93 faz).

Ermənistan ordusunun texnikasının yarıdan çoxunun Qarabağda cəmləşdiyi və onların da son 10 gündəki döyüşlərdə darmadağın edildiyi və ya ələ keçirildiyi məlumdur. Bu hesabla hazırda orduların texnika parkında Azərbaycanın azı 5 qat üstünlüyü olduğunu əminliklə söyləmək olar.

Elçin Bayramlı

Bütün xəbərlər Facebook səhifəmizdə