“Bu, dövlət səviyyəsindəki simasızlıq və cinayətdir" Artur Vanetsyan

“Ruha” sahib olmaq, insanları təqib etmək, asayiş keşikçilərinin arxasında gizlənmək, bütün mümkün müttəfiqlər və qonşularla münasibətləri korlamaq hakimiyyət demək deyil. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, Rodina partiyasının sədri Artur Vanetsyan öz İnstaqram səhifəsində yazıb.

"Koronavirus bir çox ölkəyə ziyan vurdu, amma Ermənistanda baş verənlər sadəcə ayıbdır və dövlət səviyyəsində cinayətdir. "Ruha" sahib olmaq, asayiş keşikçilərinin arxasına gizlənmək, insanlar üçün problem yaratmaq və bütün müttəfiqlər və qonşularla münasibətləri korlamaq hakimiyyət demək deyil. Hakimiyyət, xalqı qorumaq və həyatını təmin edəcək bir ruhla qərar vermək deməkdir. Çoxsaylı bağışlanılmaz səhv qərarlar çox sayda insanın ölümünə səbəb olmuşdur.

Vətəndaşını xəstə olmaqda, sağalmamaqda ittiham etmək, bir vətəndaşı öldüyünə görə ittiham etməklə eynidir. Bu dövlət səviyyəsindəki simasızlıq və cinayətdir", deyə Artur Vanesyan yazıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə