Ukraynadakı müharibənin əsas səbəbi Putinin özü və onun qərarlarıdır

Avropa Komissarı ABŞ ilə danışıqlardan sonra Kremlə sərt cavab verdi...
Ukraynadakı müharibənin əsas səbəbi Putinin özü və onun qərarlarıdır

...Ukraynaya qarşı müharibənin yeganə əsl səbəbi Rusiya lideri Vladimir Putindir.

Sülhə nail olmaq üçün onun qərarı aradan qaldırılmalıdır.

SİA xəbər verir ki, bu barədə RBC-Ukrayna Müdafiə və Kosmik Komissarı Andrius Kubilyusun açıqlamasına istinadən məlumat yayıb.

Avropa Komissarı Putinin ABŞ nümayəndələri ilə danışıqlarından sonra münaqişənin "kök səbəblərini" aradan qaldırmaq zərurəti ilə bağlı son açıqlamalarına cavab verib. Kubilyusun sözlərinə görə, təcavüzün əsas mənbələri Rusiya diktatorunun özünün hərəkətlərindədir.

...Müharibənin əsl “kök səbəbləri” Putinin özü, 2014-cü ildə Krımı işğal etmək qərarı və 2022-ci ildə tammiqyaslı işğaldır. Putinlə ilk dəfə razıyam: müharibənin əsl “kök səbəbləri” aradan qaldırılmalıdır! - deyə siyasətçi vurğulayıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə