Tramp NATO sammitindən sonra təyyarəsini niyə dəyişib? - AKTUAL

Tramp NATO sammitindən sonra təyyarəsini niyə dəyişib?  - AKTUAL

Ankara hava limanında təyyarəsinin dəyişdirilməsi ABŞ Gizli Xidmətinin qərarı ilə bağlı olduğunu bildirib. CNN-in məlumatına görə, prezident Ankarada keçirilən NATO sammitindən Amerika komandasının böyük əksəriyyətindən gizlicə fərqli bir təyyarədə qayıtdığını təsdiqləyib.

Türkiyədə keçirilən NATO sammitindən qayıdışı zamanı həyata keçirilən xüsusi əməliyyatla bağlı suallardan sonra Tramp bunu təsdiqləyib və təhlükəsizlik xidmətlərinin təlimatları ilə hərəkət etdiyini bildirib. "Mən sadəcə onların istədiyini etdim. Gizli Xidmətin və hərbçilərin təlimatları ilə hərəkət etdim. Onlar mənim eyni səviyyədə təhlükəsizliklə fərqli bir təyyarədə uçmağımı istədilər. Düşünürəm ki, bir növ təhlükə var idi. Əslində bu barədə çox şey soruşmadım. Çoxlu təhdidlər alıram", - deyə Amerika lideri bildirib. Tramp həmçinin iddia edib ki, uçduğu təyyarənin guya "böyük risk altında" olduğu iddia edilib.

Xatırladaq ki, dünən Trampın İranın ona sui-qəsd cəhdi edəcəyi ilə bağlı narahatlıqlar səbəbindən Türkiyədə keçirilən NATO sammitindən Air Force One təyyarəsindən fərqli bir təyyarədə qayıtdığı məlum olub. ABŞ prezidenti Ankara hava limanında yemək maşınında gizlədilib və sonra gizli şəkildə hərbi təyyarəyə aparılıb.

ABŞ ordusu Trampın ətrafında hava hücumundan müdafiəni gücləndirib. ABŞ lideri qolf oynayarkən onun yaxınlığında "Avenger" hava hücumundan müdafiə sistemi və "Sentinel" radarı müşahidə edilib.

VƏLİ

Bütün xəbərlər Facebook səhifəmizdə