Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir - FOTOLAR

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə görüşmək üçün Berlindəki "Villa Borsig" iqamətgahına gəldi.

SİA xəbər verir ki, Almaniya Prezidenti Frank-Valter Ştaynmayer dövlətimizin başçısını qarşıladı.

Prezident İlham Əliyev burada xatirə kitabını imzaladı.

Hazırda Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə