Dövlət Sərhəd Xidmətinin Sürücülük Mərkəzinin açılış mərasimi keçirilib.
Bu barədə SİA-ya Xidmətdən məlumat verilib.
Bildirilib ki, Sürücülük Mərkəzində inzibati və tədris binaları müasir standartlara uyğun yenidən qurulub. sürücülərin nəzəri və praktiki hazırlığının təşkili üçün zəruri tədris bazası yaradılmış, müasir avadanlıqlarla təchiz edilmiş sinif otaqları, təlim meydançaları, texniki xidmət sahələri və nəqliyyat vasitələrinin saxlanılması üçün qarajlar istifadəyə verilib.
Mərkəzdə yaradılan müasir infrastruktur təlim prosesinin səmərəliliyinin artırılmasına, sürücülərin peşə hazırlığının daha yüksək səviyyədə təşkilinə və Dövlət Sərhəd Xidmətinin nəqliyyat təminatı imkanlarının gücləndirilməsinə xidmət edəcək.
Tədbirin rəsmi hissəsindən sonra Dövlət Sərhəd Xidmətinin rəhbərliyi mərkəzdə yaradılmış şəraitlə tanış olmuş, müasir qərargah binası, sürücülərin nəzəri-praktiki hazırlığının təşkilində zəruri infrastruktur, geniş və tam təchiz olunmuş tədris sinifləri, yataqxana, yeməkxana, eləcə də zabit evlərinə baxış keçirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB