Azərbaycan və Litva NATO çərçivəsində tərəfdaşlığı gücləndirir

Azərbaycan və Litva NATO çərçivəsində tərəfdaşlığı gücləndirir

Azərbaycanın NATO-dakı səfiri Cəfər Hüseynzadə və Litvanın NATO-dakı daimi nümayəndəsi Daryus Yaunişkis görüş zamanı Bakı və Vilnüs arasında əməkdaşlığı müzakirə ediblər.

SİA xəbər verir ki, bu barədə Cəfər Hüseynzadə "X" sosial şəbəkəsində bildirib.

"Litvanın NATO-dakı daimi nümayəndəsi Daryus Yaunişkis ilə görüşməkdən məmnun oldum. Biz Sülh Naminə Tərəfdaşlıq (PfP) proqramı çərçivəsində Azərbaycan və NATO tərəfdaşlığı, Azərbaycan və Litva arasında ikitərəfli münasibətlər, eləcə də cari regional hadisələr barədə məhsuldar fikir mübadiləsi apardıq", - o yazıb.

Bütün xəbərlər Facebook səhifəmizdə