Əli Əsədov və Mixail Mişustin arasında telefon danışığı olub

Əli Əsədov və Mixail Mişustin arasında telefon danışığı olub

Azərbaycanın Baş naziri Əli Əsədov Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinlə telefon danışığı aparıb. Bu barədə SİA-ya Nazirlər Kabinetindən məlumat verilib. "​Hökumət başçıları Azərbaycan-Rusiya qarşılıqlı fəaliyyətinin əsas istiqamətləri və bir sıra sahələrdə birgə təşəbbüslərin təşviqi məsələləri ətrafında ətraflı fikir mübadiləsi aparıblar", - məlumatda bildirilib.

​Qeyd olunub ki, tərəflər geniş istiqamətlər üzrə ikitərəfli əməkdaşlığın ardıcıl inkişafında qarşılıqlı maraqlı olduqlarını təsdiq ediblər.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə