Göstərilən qonaqpərvərliyə görə Azərbaycana minnətdarlığımı bildirirəm - AMİNA MOHAMMED

BMT ilə birgə World Urban Forum 13-ün uğurla təşkilinə mühüm töhfə verən Azərbaycana təşəkkür ifadə olunub.
SİA xəbər verir ki, bu barədə BMT baş katibinin müavini Amina Mohammed Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) bağlanış mərasimində bildirib

Onun sözlərinə görə, “Mən WUF13 forumunun Bakıda yüksək səviyyədə təşkilinə, göstərilən müstəsna qonaqpərvərliyə və liderliyə görə Azərbaycan hökumətinə və xalqına dərin minnətdarlığımı bildirirəm”, deyə Amina Mohammed qeyd edib.

O, həmçinin Azərbaycanda fəaliyyət göstərən BMT əməkdaşlarına, United Nations Human Settlements Programme komandasına və bütövlükdə BMT sisteminə forumun uğurlu keçirilməsində göstərdikləri peşəkarlıq və fədakar fəaliyyətə görə təşəkkürünü çatdırıb.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə