Bu gün Türkiyə və Almaniya arasında strateji toplantı olacaq

Bu gün Türkiyə-Almaniya Strateji Dialoq Mexanizminin Üçüncü Toplantısı keçiriləcək. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Bildirilib ki, hər iki ölkənin XİN rəhbərləri Hakan Fidan və Yohann Vadefulun həmsədrliyi ilə aparılacaq müzakirələr Berlində baş tutacaq. "Bu çərçivədə Hakan Fidan Almaniyaya rəsmi səfər həyata keçirəcək", - məlumatda qeyd olunub.

Strateji Dialoq Mexanizminin Üçüncü Toplantısı çərçivəsində, "İkitərəfli Münasibətlər", "Türkiyə-Avropa İttifaqı (Aİ) Münasibətləri", "Təhlükəsizlik və Müdafiə" və "Regional Məsələlər" mövzulu İşçi Qruplarının bir araya gəlməsi nəzərdə tutulur.

Mətləb Salahov

Bütün xəbərlər Facebook səhifəmizdə